Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Dövlət qulluqçuları ilə bağlı yeni qayda: Rotasiya sayı məhdudlaşdırılır

Azərbaycanda dövlət qulluqçularının rotasiyası ilə bağlı yeni məhdudiyyət müəyyən edilib.

Yenigun.Media xəbər verir ki, Prezident İlham Əliyevin Dövlət Qulluğu Məcəlləsinin tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, dövlət qulluqçusunun üç dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.

Yeni qaydalar dövlət orqanlarında insan resurslarından səmərəli istifadə, peşəkarlığın artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiya risklərinin azaldılması məqsədi daşıyır.

Rotasiya zamanı dövlət qulluqçusunun vəzifə təsnifatı, ixtisası, fəaliyyətinin qiymətləndirilməsi, qulluq stajı, yaşı, ailə vəziyyəti və sağlamlıq durumu nəzərə alınacaq.

Eyni zamanda, müvafiq inzibati vəzifədə beş ildən az müddətdə çalışan dövlət qulluqçularının rotasiyaya cəlb edilməyəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, yeni Dövlət Qulluğu Məcəlləsi dövlət qulluğunda idarəetmə və kadr siyasətinin təkmilləşdirilməsinə yönəlib.