Asiyada LNG tələbinin azalması Avropaya əlavə qaz axını yaradır
Yenigun.Media xəbər verir ki, deputat Vüqar İskəndərov enerji bazarlarında maraqlı tendensiyanın müşahidə olunduğunu deyib.
Onun sözlərinə görə, yüksək qiymətlər Asiyada LNG tələbatını azaldır və nəticədə bəzi qaz yükləri Avropaya yönəlir.
Deputat qeyd edib ki, bu şəraitdə Azərbaycan kimi sabit və boru kəmərləri vasitəsilə enerji təmin edən ölkələrin strateji əhəmiyyəti daha da artır.

