Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ərdoğan Suriyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanyaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırdığını bildirib.

Yenigun.media xəbər verir ki, bu barədə Ərdoğan “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.

“Mən yaxın vaxtlarda Suriyaya səfər edəcəyəm”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan planlaşdırılan səfərin məqsədlərini açıqlamayıb.

O, Ankaranın qonşu ölkəyə hərtərəfli dəstək göstərmək niyyətində olduğunu vurğulayıb.

“Suriyanı tək qoymayacağıq, onun sabitliyinin qorunması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – deyə Ərdoğan qeyd edib.