Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ermənistan ərazisinə keçən azərbaycanlı çoban geri qaytarılır? – Kimliyi məlum oldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.

Yenigun.Media xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib.

Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib.

Qeyd edilir ki, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.