Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ölkədə bəzi gömrük rüsumları 100 dəfə artırılacaq – Sabahdan

Sabahdan Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.

Yenigun.Media-nın məlumatına görə, bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq.

Belə ki, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, eləcə də qalay təbəqəsi ilə örtülmüş qara metalların tullantıları və qırıntıları üçün 1 000 kiloqrama görə tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına qaldırılıb.

Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişar tullantıları və təkrar əridilmə üçün nəzərdə tutulan külçələr (şixta külçələri) üzrə tarif dərəcəsi isə 1 000 kiloqram üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.

Qərar sentyabrın 22-də imzalanıb.