Əsas məzmuna keç
04 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Fariz İsmayılzadə:“Avropa İttifaqının səfirləri bu işdə prinsipial mövqe göstərməlidir”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətin nümayəndələrinə yerində təqdim olunması baxımından diqqət çəkib. Səfər çərçivəsində diplomatlar işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, yaradılan yeni infrastruktur və əhalinin bölgəyə qayıdışı istiqamətində görülən tədbirlərlə tanış olublar.

Səfərin məqsədlərindən biri Qarabağda müharibədən sonrakı bərpa prosesinin miqyasını diplomatik nümayəndələrin birbaşa müşahidə etməsinə imkan yaratmaq olub. Bununla yanaşı, səfər Ermənistan cəmiyyətinin bəzi dairələrində də müxtəlif reaksiyalara səbəb olub.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Yenigun.Media-ya açıqlamasında diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə münasibət bildirib.

Deputat qeyd edib ki, Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır və bu prosesə münasibətdə pozitiv yanaşma nümayiş etdirilməlidir.

Fariz İsmayılzadənin sözlərinə görə, Azərbaycanın suveren ərazisinə səfər edən xarici diplomatlara qarşı etirazların səsləndirilməsi və müxtəlif təzyiq cəhdlərinin ortaya çıxması narahatlıq doğurur.

Deputat bildirib ki, 30 ilə yaxın işğal dövründən sonra Qarabağda şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun yaradılması və həyatın bərpası müşahidə olunur. Onun fikrincə, regionda yaranmış yeni reallıqlara konstruktiv yanaşmaq və revanşist ritorikadan uzaq durmaq vacibdir.

Fariz İsmayılzadə həmçinin Avropa İttifaqı ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin bu məsələdə prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600