Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində növbəti vətəndaş qəbulunu keçirib.
Yenigun.Media xəbər verir ki, qəbul Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının binasında baş tutub.
Görüş zamanı Bərdə sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər, təklif və problemlərlə bağlı fikirləri diqqətdə saxlanılıb.
Fatma Yıldırım bildirib ki, hər bir müraciət diqqətlə nəzərdən keçirilir və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımlar atılır.
Deputat qeyd edib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların fikirlərinin dinlənilməsi və müraciətlərdə qaldırılan məsələlərin sonadək izlənilməsi fəaliyyətinin əsas istiqamətlərindəndir.
Fatma Yıldırım Bərdə sakinləri ilə görüşlərin və bu istiqamətdə aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Növbəti vətəndaş qəbullarında iştirak etmək istəyən şəxslər 055 420 80 40 və 020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.












