Azərbaycanda ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri 143 yanğına çıxış edib.
Yenigun.Media xəbər verir ki, nazirlikdən verilən məlumata görə, eyni müddətdə köməksiz vəziyyətdə qalma ilə bağlı 30, avtonəqliyyat qəzaları üzrə isə iki qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Görülən tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla, ümumilikdə 38 nəfər xilas edilib.
Müxtəlif hadisələrlə əlaqədar iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

