Filippində məktəbdə silahlı insident baş verib.Filippinin Zamboanga şəhərində yerləşən Ateneo de Zamboanga Universitetinin kampusundakı orta məktəbdə silahlı insident baş verib.
Yenigun.Media-nın məlumatına görə, silahlı şagird sinif yoldaşına atəş açaraq onu öldürüb, daha sonra isə özünü öldürüb. Hadisə zamanı daha iki nəfərin yaralandığı bildirilir.
Hadisədən sonra yüzlərlə şagird təxliyə edilib və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər rəhbərliyi hadisənin nəzarət altına alındığını açıqlayıb.
İlkin məlumatlara əsasən, şübhəlinin hücumu bədən kamerası vasitəsilə canlı yayımlamış ola biləcəyi ehtimal edilir. Polis hadisənin motivlərini araşdırır.
Yenigun.Media

