Fransada əməkhaqlarının artırılması və təhsil sahəsinə ayrılan vəsaitin çoxaldılması tələbi ilə keçirilən kütləvi etirazlar zamanı 400-dən çox insan saxlanılıb.
Yenigun.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalara yüz minlərlə insan qatılıb.
Etirazlar zamanı 50-dən çox polis əməkdaşının xəsarət aldığı bildirilib.
Aksiyaların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, əməkhaqlarının mövcud iqtisadi vəziyyətə uyğunlaşdırılması və məktəblərin maliyyələşdirilməsinin artırılması tələbləri yer alıb.
Fransada baş verən hadisələr ölkədə sosial-iqtisadi narazılığın yenidən gündəmə gəldiyini göstərir.

