Azərbaycan Ordusunun iki tanınmış generalının yeni hərbi rütbələrində birlikdə çəkilmiş fotosu yayılıb.
Yenigun.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Babək Ələkbərov general-leytenant, Elfan Quliyevə isə general-mayor, hərbi rütbəsi verilib.
Yeni rütbələrindən sonra generalların birlikdə çəkdirdikləri foto sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Qeyd edək ki, hər iki hərbçi yeni hərbi rütbələrini ötən gün alıb.

