Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yenigun.Media xəbər verir ki, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü T.Yolçuyev xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

