Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərə gəlib. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Yenigun.Media xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında baş tutan qarşılama zamanı Prezidentlər türkiyəli jurnalist Fulya Öztürkün suallarını cavablandırıb.
Bununla yanaşı, İlham Əliyev türkiyəli jurnalistin Zəfər Günü ilə bağlı təbrikinə təşəkkür edərək onun da bayramını təbrik edib.

