Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
Yenigun.media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. pizza hut
Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.

