Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

İndoneziyada daha bir güclü zəlzələ

YENİGÜN.MEDİAREKLAM728 × 90

İndoneziyanın Sumatra adasında 6.9 maqnitudaya malik yeraltı təkanlar qeydə alınıb.

Yenigun.media xəbər verir ki, hadisə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, təbii fəlakətin episentri 311 minə yaxın əhalisi olan Şimali Sumatra vilayətinin Perçut şəhərindən 70 kilometr cənub-şərq istiqamətində yerləşib. Zəlzələnin ocağı 183 kilometr dərinlikdə qeydə alınıb. Sezar pizza

Hazırda zərərçəkənlər və ya dağıntılarla bağlı rəsmi məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl İndoneziyanın Labuan-Baco şəhərinin 161 kilometr şimal-şərqində 7.7 maqnitudalı zəlzələ baş verib və hadisə nəticəsində 38 nəfər həlak olub./Oxu.az

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90