İran ABŞ-ın yeni iqtisadi təhdidlərinə cavab verdi: “Dağıdıcı olacaq”.
Yenigun.Media xəbər verir ki, İran ABŞ-ın ölkəyə qarşı yeni və daha sərt iqtisadi tədbirlər tətbiq etmək hədəsinə cavab verib.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonun təzyiq siyasəti davam edəcəyi təqdirdə Tehranın cavabı “dağıdıcı” olacaq.
Açıqlama ABŞ-ın İrana qarşı tarixdə ən sərt iqtisadi sanksiyaları tətbiq etmək niyyətini açıqlamasından sonra səslənib. Vaşinqton bununla İranın iqtisadi imkanlarını məhdudlaşdırmağı və Tehrana təzyiqi artırmağı hədəfləyir.
İran isə ABŞ-ın bu siyasətinin nəticə verməyəcəyini və ölkənin xarici təzyiqlərə boyun əyməyəcəyini bildirib.

