İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ-a məxsus erkən xəbərdarlıq radarına zərbə endirdiyini iddia edib.
Yenigun.Media xəbər verir ki, İran tərəfi bu addımın ölkənin cənubundakı Sirik şəhərində telekommunikasiya qülləsinə endirilən zərbəyə cavab olduğunu bildirib.
SEPAH açıqlamasında əməliyyatı hava təxribatlarına və Hörmüz boğazında neft qaçaqmalçılığına qarşı xəbərdarlıq kimi təqdim edib.
Qeyd edək ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.
Bu açıqlama Fars körfəzi ətrafında hərbi-siyasi gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. Hadisənin detalları və mümkün zərərin miqyası barədə müstəqil təsdiqlənmiş məlumat hələlik təqdim edilməyib.

