Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

İranın quru marşrutlarına yönəlməsi yeni geosiyasi reallıq yaradır

Hörmüz böhranı İranın iqtisadi coğrafiyasını dəyişir

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov İranın xarici ticarətində quru marşrutlarının rolunun artmasının region üçün yeni geosiyasi mənzərə formalaşdırdığını bildirib.

Deputat qeyd edib ki, ABŞ sanksiyaları və dəniz marşrutlarındakı risklər fonunda İran Türkiyə, Mərkəzi Asiya, Pakistan və Xəzər istiqamətlərinə daha çox diqqət ayırır.

Onun sözlərinə görə, bu proses Türkiyənin və bütövlükdə Cənubi Qafqazın tranzit əhəmiyyətini artırsa da, beynəlxalq sanksiyalar bu imkanların siyasi sərhədlərini müəyyənləşdirəcək.