Əsas məzmuna keç
26 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Kiyevə gecə hücumu: azı 15 nəfər öldü

YENİGÜN.MEDİAREKLAM728 × 90

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub. Hücum zamanı yaşayış binaları, anbarlar, məktəb və uşaq xəstəxanasına ziyan dəyib.

Yenigun.Media BBC-yə istinadən xəbər verir ki, hücumlar gecə yarısından sonra başlayıb. Rusiya tərəfindən Kiyevə təxminən 20 raketin atıldığı bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı ölkə ərazisinə ümumilikdə 168 PUA və 44 raket göndərilib. Hava hücumundan müdafiə qüvvələrinin 146 PUA və 39 qanadlı raketi zərərsizləşdirdiyi açıqlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski itkilərin əsas səbəblərindən birinin ölkənin hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib.

Kiyev meri Vitali Kliçko isə şəhərin Qərb tərəfdaşlarının dəstəyinə ehtiyac duyduğunu deyib. Onun sözlərinə görə, Ukraynaya əlavə sursat və raket əleyhinə müdafiə sistemləri lazımdır.

Zərbələr nəticəsində Kiyevin bəzi ərazilərində elektrik enerjisi kəsilib. Solomyanski rayonunda yaşayış binası ciddi dağılıb, avtomobillər yanıb. Məktəbin pəncərələri sınıb, ərazi dağıntılarla örtülüb.

Ukrayna rəsmiləri Kiyev vilayətinin digər rayonlarında da ölən və yaralananların olduğunu bildiriblər.

Rusiya Müdafiə Nazirliyi isə zərbələrin hərbi obyektlərə və anbarlara yönəldiyini açıqlayıb.

Məlumata görə, hər iki tərəfin son həftələrdə qarşılıqlı hava hücumlarını intensivləşdirməsinə baxmayaraq, atəşkəsə dair diplomatik danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.

Mənbə: BBC

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600