Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

MCP Konstitusiya Günü münasibətiylə xalqımızı TƏBRİK edir

Əziz həmvətənlər!

Milli Cəbhə Partiyası olaraq 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirik!

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz müstəqil dövlətçiliyimizin hüquqi təməlini, insan hüquq və azadlıqlarının qorunmasını, demokratik və dünyəvi cəmiyyət quruculuğunun əsas prinsiplərini özündə təsbit edir.

Bu gün bizim üçün ikiqat qürurverici məqam odur ki, rəşadətli ordumuzun şücaəti, qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı bahasına ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa edilib. Artıq Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin bütün suveren ərazilərində tam şəkildə qüvvədədir.

Milli Cəbhə Partiyası olaraq inanırıq ki, Konstitusiyamızda təsbit olunan qanunun aliliyi, sosial ədalət və vətəndaş rifahı prinsiplərinin daha da möhkəmləndirilməsi Azərbaycanın davamlı tərəqqisinə və dövlətimizin daha da güclənməsinə xidmət edəcək.

Bu əlamətdar gün münasibətilə xalqımıza sülh, əmin-amanlıq, firavanlıq arzulayırıq.

Konstitusiya Gününüz mübarək!