Əsas məzmuna keç
25 Noyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Müşfiq Məmmədli Siyəzəndə keçirilən müşavirədə çıxış edib – FOTO

Oktyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatının inzibati binasında Prezident, YAP-ın sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

Yenigun.Media xəbər verir ki, tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Müşavirədə çıxış edən Samir Baxşiyev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi və ideoloji əhəmiyyətini vurğulayıb. O, qurultayda müəyyənləşdirilən hədəflərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxışında dövlət başçısının qurultayda səsləndirdiyi mesajlara toxunub. Deputat qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsində YAP-ın üzərinə düşən vəzifələrdən danışaraq, partiya fəallarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini qeyd edib.

Ruhiyyə Hacıyeva isə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin nəticələrindən bəhs edib, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları müzakirələrə qoşularaq qarşıda duran vəzifələr, təşkilati fəaliyyətin gücləndirilməsi və vətəndaşlarla işin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirənin sonunda YAP Siyəzən rayon təşkilatının növbəti dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub, qurultayda müəyyənləşdirilən vəzifələrin yerlərdə ardıcıl icrası və ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.