Əsas məzmuna keç
26 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Nazir Fidan Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə görüşdü

YENİGÜN.MEDİAREKLAM728 × 90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb.

Yenigun.Media Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışıqlarında Yaxın Şərqdəki son proseslər, Qəzza və Suriyadakı vəziyyət, həmçinin Hörmüz boğazında yaranmış gərginlik müzakirə olunub.

Hakan Fidan sosial şəbəkə hesabında bildirib ki, misirli və səudiyyəli həmkarları ilə görüşlər zamanı Qəzza sülh planının icrasında yaranan problemlər və atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Suriyadakı son hadisələri də müzakirə ediblər. Fidan Suriyada sülh və sabitliyin təmin olunmasına güclü dəstəyi bir daha vurğuladıqlarını qeyd edib.

Telefon danışıqlarında Hörmüz boğazındakı vəziyyət və münaqişənin tərəfləri arasında davam edən danışıqların son vəziyyəti də diqqət mərkəzində olub.

Türkiyəli nazir bildirib ki, regionda sülh və rifahın təmin olunmasını istəyən üç ölkə kimi Türkiyə, Misir və Səudiyyə Ərəbistanı əməkdaşlıq və koordinasiyanı bütün sahələrdə daha da gücləndirməyə davam edəcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600