İki azyaşlı övladından ayrı qalan ana uşaqlarına qovuşub.
Yenigun.Media-nın məlumatına görə, 7 və 4 yaşlı övladlarının babaları tərəfindən görüş məqsədilə aparıldığını, lakin daha sonra uşaqların ona qaytarılmadığını bildirən ana “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin 116111 nömrəsinə müraciət edib.
Müraciət aidiyyəti dövlət qurumlarına yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, təhlükəsizliyinin təmin olunması və anaya qaytarılması istiqamətində tədbirlər görülüb.
Görülən birgə tədbirlər nəticəsində uşaqlar ötən gün anaya təhvil verilib.
Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 7 və 4 yaşlı iki uşağına qovuşub.
Aidiyyəti qurumlar tərəfindən uşaqların hüquqlarının və ali mənafelərinin qorunması ilə bağlı daxil olan müraciətlərin diqqətdə saxlanıldığı bildirilib.

