Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Parlamentdə Azərbaycan-Qırğızıstan münasibətləri ilə bağlı 3 sənəd müzakirə olunacaq

Milli Məclisdə Azərbaycan və Qırğızıstan arasında münasibətlərin hüquqi bazasını genişləndirəcək sənədlər gündəmə gətirilir.

Yenigun.Media xəbər verir ki, sentyabrın 14-də parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müttəfiqlik münasibətləri haqqında müqavilə, beynəlxalq avtomobil daşımaları ilə bağlı saziş və Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna dair əlavə saziş müzakirəyə çıxarılacaq.

Sənədlərin daha sonra plenar iclasa tövsiyə olunması gözlənilir.