Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Yenigun.Media xəbər verir ki, Milli Məclis tərəfindən Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qəbul edilən qanunla, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları əsasında yenilənmiş sənəd rəsmən təsdiq olunub.