Əsas məzmuna keç
22 Avqust 2026, Şənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Qatar Gəncəyə 2 saata yaxın gecikmə ilə çatdı – sərnişinlər narazı qaldı

YENİGÜN.MEDİAREKLAM728 × 90

Jurnalist Leyla Turan Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən narazılığını ifadə edib.

Yenigun.media xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək Gəncə istiqamətində hərəkət edən qatarın təyinat məntəqəsinə gecikmə ilə çatdığını bildirib.

Leyla Turanın sözlərinə görə, qatarın saat 11:55-də Gəncədə olması gözlənilirdi. Lakin sərnişinlər Gəncəyə saat 13:45-də çatıblar. Bu isə təxminən 1 saat 50 dəqiqəlik gecikmə deməkdir.

Jurnalist gecikmənin ADY-nin nəzarətindən kənar səbəblərlə bağlı ola biləcəyini nəzərə aldığını qeyd etsə də, nəticədə sərnişinlərin vaxt itkisi ilə üzləşdiyini vurğulayıb.

“İnsan yolunu planlaşdırır və vaxtında çatacağına güvənir. 11:55-də olmalıydıq Gəncədə. Gəlib çatmışıq 13:45-də. Olmaz axı belə. Hər kəs narazılığını bildirdi”, – deyə Leyla Turan paylaşımında bildirib.

O, insanların saatlarla yolda qalmasının sərnişinlərdə yaxşı təəssürat yaratmadığını qeyd edib.

Qeyd edək ki, bu, jurnalistlərin ADY-nin xidmətləri ilə bağlı ilk narazılığı deyil. Bir müddət əvvəl jurnalist Elnurə Abuşova da Azərbaycan Dəmir Yollarının xidmətindən narazılığını bildirərək sosial şəbəkədə paylaşım etmişdi. Jurnalistin paylaşımı zamanı ADY-nin xidmətində yaşanan problemlə bağlı narazılıqlarını diqqətə çatdırmışdı.

Son hadisə ilə bağlı da sərnişinlərin narazılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini dərc etməyə hazırıq.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600