Qızılın dünya bazarındakı qiyməti üç ayın ən yüksək səviyyəsinə yaxınlaşıb.
Yenigun.Media Reuters-ə istinadən xəbər verir ki, qiymətli metal həftə ərzində 4 faizdən çox bahalaşıb.
ABŞ dollarının zəifləməsi və investorların maliyyə bazarlarındakı risklərdən qorunmaq üçün qızıla yönəlməsi qiymət artımının əsas səbəbləri arasında göstərilir.
Qızılın ardıcıl üçüncü həftəni də yüksəlişlə başa vuracağı gözlənilir.

