Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Rusiyada Ozon logistika mərkəzlərinə dron hücumu

YENİGÜN.MEDİAREKLAM728 × 90

Rusiyanın cənubunda yerləşən Ozon şirkətinə məxsus bir neçə logistika mərkəzi dron hücumlarının hədəfinə çevrilib.

Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına görə, Rusiyanın ikinci ən böyük onlayn pərakəndə şirkəti Ozon avqustun 24-də dörd logistika mərkəzinin hücuma məruz qaldığını açıqlayıb. Bununla son üç gün ərzində şirkətin hədəfə alınan obyektlərinin sayı altıya çatıb.

Hücumların Krasnodar diyarı, Adıgey və digər cənub bölgələrində yerləşən logistika obyektlərinə təsir etdiyi bildirilir. Hadisələrdən sonra Ozonun səhmlərinin dəyərində kəskin eniş qeydə alınıb.

Rusiya rəsmiləri hücumlar nəticəsində insan tələfatının olduğunu bildiriblər. Hadisələrin detalları və hücumların məsuliyyəti ilə bağlı tərəflərin açıqlamaları fərqlənir.

Dron zərbələri Rusiya ərazisində müharibə ilə əlaqəli hədəflərə qarşı hücumların genişləndiyi bir vaxtda baş verib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600