Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə kənd təsərrüfatı və ərzaq daşımalarına təsirlərinə diqqət çəkib.
Yenigun.Media xəbər verir ki, deputat mümkün Qara dəniz razılaşmasının yalnız Avropa ölkələri üçün deyil, ərzaq təhlükəsizliyindən asılı olan Qlobal Cənub dövlətləri üçün də əhəmiyyət daşıdığını bildirib.
İskəndərovun fikrincə, Ukrayna müharibəsinin bəzi düyünlərinin həllində üçüncü dövlətlərin iqtisadi maraqları əlavə diplomatik imkanlar yarada bilər.
Deputat Türkiyənin Qara dəniz mexanizmlərində vasitəçi rolunun yenidən aktuallaşa biləcəyini və bunun Ankaranın regional diplomatik çəkisinə təsir göstərə biləcəyini qeyd edib.

