Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Rüşvətlə saxta əlillik sənədləri hazırlamaqda ittiham olunan şəxslərin məhkəməsi başlayır

Azərbaycanda saxta tibbi sənədlərlə əlillik əldə edilməsinə dair daha bir cinayət işi məhkəmə mərhələsinə çıxarılıb.

Yenigun.Media -nın məlumatına görə, özəl klinikanın rəhbəri və sahə həkimi rüşvət müqabilində saxta əlillik sənədləri hazırlamaqda ittiham olunurlar.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.