Azərbaycan Şərqi Zəngəzurda yeni şəhərsalma modelinə keçir.
Yenigun.Media xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında Şərqi Zəngəzurda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinin inkişafı layihəsi üzrə saziş təsdiqlənib.
Layihənin əsas məqsədlərindən biri dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırmasının həyata keçirilməsidir.
Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesinin yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmadığını göstərir.

