Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Solitonun Göyçay filialı ahıl və əlil qadının problemini 9 aydır həll etmir? – İDDİA

Soliton mağazalar şəbəkəsinin Göyçay filialı ilə bağlı müştəri narazılığı gündəmə gəlib.

Yenigun.Media xəbər verir ki, rayonun Bığır kəndində yaşayan ahıl və tənha əlil qadın Fərzəliyeva Mahizər Xanlar qızının aldığı televizorun nasaz olduğu, lakin problemin uzun müddətdir həll edilmədiyi iddia olunur.

Məlumata görə, Mahizər Xan qızı 10 yanvar 2026-cı il tarixində Soliton mağazalar şəbəkəsinin Göyçay filialından dəyəri 350 manat olan televizoru 6 aylıq kreditlə, ümumilikdə 597 manata alıb.

İddia edilir ki, televizor alındığı gündən nasaz olub. Müştəri bununla bağlı dərhal taksi tutaraq televizoru mağazaya geri qaytarıb. Buna baxmayaraq, kredit ödənişlərini davam etdirib. Mağaza əməkdaşlarının baş ofislə danışaraq nasaz televizoru yenisi ilə əvəz edəcəklərinə söz verdikləri bildirilir.

Lakin müştərinin sözlərinə görə, ona dəfələrlə bu ay, gələn ay deyilərək vaxt uzadılıb, kredit ödənişləri davam etsə də, yeni televizor təqdim edilməyib.

Məsələ ilə bağlı Xəyyam Salmanzadə adlı izləyici “Müştəriyəm, şikayətim var” sosial şəbəkə səhifəsində paylaşım edib.

Qeyd edək ki, Soliton mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.

Screenshot