Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

SON DƏQİQƏ:Eyyubovun rəis olduğu qurumda əməliyyat: Vəzifəli şəxs TUTULDU

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

Yenigun.Media “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı deyilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.

Əldə etdiyimiz məlumata görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, idarənin rəisi Bəylər Eyyubovun qardaşı oğlu Şahin Eyyubovdur.