Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

SON DƏQİQƏ:Pensiya yaşının 65-ə qaldırılmasına səs vermişdi – 59 yaşında öldü

YENİGÜN.MEDİAREKLAM728 × 90

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Sergey Çepikov 59 yaşında vəfat edib.

Yenigun.Media xəbər verir ki, Rusiya Biatlonçular İttifaqından bildirilib ki, VII və VIII çağırış Dövlət Dumasının deputatı olan Çepikov onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Screenshot

Sergey Çepikov həmçinin keçmiş peşəkar biatlonçu və Olimpiya çempionu kimi tanınıb. O, uzun illər Rusiyanın biatlon yığmasının heyətində çıxış edib və daha sonra siyasi fəaliyyətə başlayıb.

Çepikov 2016-cı ildən Rusiya Dövlət Dumasında deputat kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, siyasətçi 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında olub./modern

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600