Prezident İlham Əliyev 15 may 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Yenigun.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini (texnoparkın rezidentlərinə mal, iş və xidmətlərin təqdim edilməsini) həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın qeyri-rezidenti hesab olunacaq.

