Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Tovuzda möhtəşəm qarşılaşma: “Turan” qrup uğrunda oynayır

Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün Avropanın ən nüfuzlu klub turniri olan CEV Çempionlar Liqasında həlledici qarşılaşmaya çıxacaq.

Yenigun.Media xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın “Maritsa” komandası ilə üz-üzə gələcək.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında Bolqarıstanda baş tutan ilk qarşılaşmada “Turan” inamlı oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Doğma meydanda da uğurlu nəticə əldə edəcəyi təqdirdə, Azərbaycan çempionu CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək və tarixində mühüm uğura imza atacaq.

Yenigun.Media