Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Tramp İrana qarşı yeni hücum ehtimalını istisna etmədi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən genişləndirilə biləcəyinə dair açıqlama verib.

Yenigun.Media beynəlxalq mətbuata istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala biləcəyini bildirib.

O, Vaşinqtonun növbəti addımlarla bağlı qərar verəcəyini və bunun yaxın zamanda məlum olacağını deyib.

ABŞ Prezidenti İranın müharibədən sonra əvvəlki vəziyyətinə qayıtmasının 25 il çəkə biləcəyini də iddia edib.

Qeyd edək ki, bu açıqlama Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdiyi, İranın nüvə proqramı ilə bağlı təklifinin Qətər vasitəsilə ABŞ-yə çatdırıldığı bir vaxtda səsləndirilib.