Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Trampın Şimali Koreya ilə bağlı mesajı Asiyada narahatlıq yaradıb

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Ina münasibətdə yumşaq mesajlar verməsi Vaşinqtonun Asiyadakı müttəfiqləri arasında yeni suallar yaradıb.

Yenigun.Media xəbər verir ki, Reuters-in təhlilinə görə, Trampın Pxenyanla dialoqa açıq mövqe nümayiş etdirməsi xüsusilə Yaponiya və digər regional tərəfdaşların ABŞ-ın təhlükəsizlik öhdəliklərinə nə dərəcədə güvənə biləcəyi ilə bağlı müzakirələri gücləndirib.

Agentlik bildirir ki, bu yanaşma Asiyada ABŞ-ın uzunmüddətli strategiyası və müttəfiqlərlə münasibətləri baxımından mühüm siyasi siqnallar doğurur.