Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Turan”ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu – SİYAHI

Tovuz təmsilçisi “Turan” qadın voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə rəqibləri müəyyənləşib.

Yenigun.Media-nın Tovuza ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Tovuzda “Turan” voleybol klubu ilə Bolqarıstanın “Maritsa Plovdiv” komandası arasında keçiriləcək qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, Azərbaycan təmsilçisi qrup mərhələsinə yüksələcəyi halda D qrupunda İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Əczaçıbaşı Peron” və Serbiyanın “TENT” komandaları ilə mübarizə aparacaq.

Ümumilikdə Çempionlar Liqasının əsas mərhələsində 20 komanda beş qrupa bölünərək mübarizə aparacaq.

“Turan”ın qrup mərhələsinə vəsiqə qazanması üçün bu gün Bolqarıstanın “Maritsa Plovdiv” klubunu məğlub etməsi kifayətdir. Saat 18:00-da Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmada istənilən hesablı qələbə komandamızı növbəti mərhələyə yüksəldəcək.

Xatırladaq ki, komandalar arasında Plovdiv şəhərində keçirilən ilk görüşdə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib.