Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobus aşıb.
Yenigun.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Lice-Kulp avtomobil yolunun Karahasan kəndi ərazisində qeydə alınıb.
Şəxsiyyəti hələ müəyyənləşdirilməyən sürücünün idarə etdiyi mikroavtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 7 nəfər həyatını itirib. Yaralanan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Mikroavtobusda olan sərnişinlərin Diyarbəkirdən Muşa nişan mərasiminə getdiyi müəyyənləşdirilib.
