Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Türkiyənin İstanbul vilayətində viza fırıldaqlığı ilə bağlı aparılan araşdırma çərçivəsində 37 nəfər həbs edilib.

Yenigun.media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Türkiyə Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı viza məsləhətçiliyi adı altında fəaliyyət göstərən bəzi şəxslər və şirkətlərin “bot”lardan istifadə edərək, viza təminatı müqabilində ödəniş aldıqları müəyyənləşdirilib.

Araşdırma zamanı vəd edilən xidmət göstərilmədikdə ödənişlərin geri qaytarılmadığı, müraciət edən şəxslərin fərdi məlumatlarının avtomatlaşdırılmış proqramlara ötürüldüyü də aşkarlanıb.

Həmçinin bu fəaliyyətlərdən əldə edildiyi ehtimal olunan gəlirlərin müxtəlif şəxslərin və şirkətlərin bank hesabları vasitəsilə köçürüldüyü müəyyən edilib.

Qeyd olunub ki, məhkəməyə aparılan 41 şübhəlidən 37-si həbs olunub, 4 nəfər isə məhkəmə nəzarəti tədbiri ilə sərbəst buraxılıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90