Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Türkiyədə sel fəlakəti: ölənlərin sayı artdı

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakəti səbəbindən ölənlərin sayı 10-a çatıb.

Yenigun.Media bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İstanbulda axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı Kocaelidə 3, İstanbulda isə 7-yə yüksəlib.

Xatırladaq ki, son günlər Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Evlərə və infrastruktura külli miqdarda zərər dəyib.