Türkiyənin Antalya vilayətində baş verən tornado nəticəsində dörd tikinti işçisi həyatını itirib, bir nəfər isə yaralanıb.
Yenigun.Media xəbər verir ki, CNN Türk-ün məlumatına görə, güclü külək tikinti sahəsində yerləşən iki yaşayış blokundan ibarət konteynerləri dağıdıb.
Hadisə nəticəsində iki işçi yerindəcə ölüb, daha iki nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.
Bundan başqa, eyni tikinti sahəsində güclü külək səbəbindən kran da aşıb.
Qeyd edək ki, daha əvvəl İtaliyanın Siciliya adasında baş verən iki tornado nəticəsində azı 11 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Yenigun.Media

