Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Türkiyədən Pakistan və Səudiyyə Ərəbistanı ilə müdafiə addımı

Türkiyə parlamenti Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış birgə müdafiə sazişinin ratifikasiyasını təsdiqləyib.

Yenigun.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, Məkkə Sazişi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində 279 lehinə, 119 əleyhinə səslə qəbul edilib.

Sənəd Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında kollektiv təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ziya Altunyaldız sazişin hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini, əsas məqsədin münaqişələrin qarşısını almaq olduğunu bildirib.

Xatırladaq ki, üç ölkə arasında birgə müdafiə sazişi avqustun 7-də Məkkədə imzalanıb.