Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Əbu-Dabidə keçirdiyi danışıqlarda əsir mübadiləsinin hazırlanması barədə razılıq əldə olunub.
Yenigun.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti mübadilənin həyata keçirilməsi üçün hazırlıq aparıldığını bildirib.
Bununla belə, müharibənin dayandırılması ilə bağlı əsas məsələlərdə tərəflər arasında fikir ayrılıqları qalır.

