Rusiya ilə Ukrayna arasında qarşılıqlı hücumlar həftəsonu ciddi şəkildə şiddətlənib. Hər iki tərəfdə ümumilikdə 12 nəfərin həyatını itirdiyi bildirilir.
Yenigun.media-nın məlumatın görə, Rusiya gecə ərzində Ukraynaya məxsus 800-dən çox pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Rusiyanın TASS agentliyi isə bunun ilin əvvəlindən etibarən Kiyev tərəfindən həyata keçirilən ən genişmiqyaslı PUA əməliyyatı olduğunu bildirib.
Bəzi mənbələr hücumlar zamanı Rusiya ərazisində itkilərin olduğunu qeyd edib. PUA-ların əhəmiyyətli hissəsinin ölkənin siyasi və iqtisadi elitasının sıx məskunlaşdığı Moskva və ətraf əraziləri hədəf aldığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi PUA-ların, əsasən ölkənin cənub və qərbindəki bölgələr olmaqla, ümumilikdə 17 regionda zərərsizləşdirildiyini açıqlayıb.
Cənubdakı Rostov vilayətində hücumlar nəticəsində 5 nəfərin öldüyü bildirilib. Moskva qubernatoru isə 83 yaşlı bir şəxsin həyatını itirdiyini açıqlayıb.
Yenigun.Media

