Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Ülviyyə Həmzəyeva sərhədçiləri peşə bayramı münasibətilə təbrik edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını 18 Avqust – Sərhəd Qoşunlarının əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib.

Deputat bununla bağlı paylaşımında “Vətən sərhəddən başlayır!” fikrini vurğulayıb və Azərbaycanın dövlət sərhədlərinin keşiyində dayanan sərhədçilərin şərəfli xidmətini yüksək qiymətləndirib.

Ülviyyə Həmzəyeva bildirib ki, Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə və adət-ənənələrimizə bağlılıqdan başlayır.

Deputat paylaşımında Ümummilli Lider Heydər Əliyevin Vətənin qorunması ilə bağlı fikirlərinə də yer verib.

Sonda Ülviyyə Həmzəyeva sərhədçiləri peşə bayramları münasibətilə təbrik edib, onlara Vətəni qorumaq kimi müqəddəs və şərəfli vəzifələrinin icrasında uğurlar arzulayıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90