Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusunda IV İnkişaf Forumu fəaliyyətə başlayıb.
Yenigun.Media xəbər verir ki, forumda dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndə iştirak edir.
Beynəlxalq tədbirdə Azərbaycanı Milli Məclisin deputatı Vüqar Bayramov da təmsil edir.
Qeyd edək ki, qərargahı Pekində yerləşən APSCO 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş hökumətlərarası, qeyri-kommersiya və müstəqil təşkilatdır.
Təşkilatın əsas fəaliyyət istiqaməti kosmik elm, texnologiyalar və onların praktiki tətbiqi sahələrində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. APSCO, həmçinin üzv və tərəfdaş ölkələrin kosmik potensialının gücləndirilməsini, kosmik texnologiyaların sosial-iqtisadi inkişaf naminə tətbiqini təşviq edir.
Forum çərçivəsində kosmik texnologiyaların gələcək inkişafı, beynəlxalq əməkdaşlıq və kosmosun dayanıqlı inkişaf məqsədlərinə töhfəsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Yenigun.Media

