Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Vüqar İskəndərov Baş Göynük və Baş Şabalıdda sakinlərlə görüşdü

YENİGÜN.MEDİAREKLAM728 × 90

Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşdü – müraciətlər dinlənildi

Yenigun.media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkinin Baş Göynük və Baş Şabalıd kəndlərinin sakinləri ilə növbəti görüşünü keçirib.

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.

Söhbət zamanı həmçinin kənd təsərrüfatının mövcud vəziyyəti, kəndlərdə bu sahənin inkişafı və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Sakinlərin kənd təsərrüfatı ilə bağlı təklifləri və onları narahat edən problemlər diqqətdə saxlanılıb.

Deputat Vüqar İskəndərov vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin, onların problemlərinin yerindəcə dinlənilməsinin və aidiyyəti qurumlar qarşısında qaldırılmasının vacibliyini vurğulayıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90