Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Vüqar İskəndərov: “İran məsələsi ABŞ–Çin iqtisadi qarşıdurmasının ayrıca cəbhəsinə çevrilə bilər”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Vüqar İskəndərov İran ətrafında yaranan proseslərin ABŞ–Çin münasibətlərinə mümkün təsirlərini şərh edib.

Yenigun.Media xəbər verir ki, deputat Çin İran neftinin əsas alıcılarından biri olduğu üçün Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi artırmasının Pekinlə münasibətlərə də təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Çin şirkətləri və maliyyə strukturlarına qarşı təzyiqi artırması İran məsələsini ABŞ–Çin iqtisadi qarşıdurmasının yeni istiqamətinə çevirə bilər.

Vüqar İskəndərov həmçinin Hörmüz boğazının Tehran üçün diplomatik danışıqlarda siyasi alətə çevrildiyini qeyd edib.

Deputat hesab edir ki, İran məsələsinin gələcək inkişafında yalnız Vaşinqton və Tehran deyil, Pekinin mövqeyi də müəyyən rol oynaya bilər.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600